Latviya ABŞ istehsalı olan koronavirus vaksinlərinin ilk partiyasını gələn həftə alacaq

Latviya ABŞ istehsalı olan koronavirus vaksinlərinin ilk partiyasını gələn həftə alacaq

Latviya ABŞ-ın "Moderna" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinlərin ilk partiyasını yanvarın 11-i alacaq.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Naziri İlze Vinkele deyib.

Nazir bildirib: "Bu həftə Avropa Dərman Agentliyindən çox yaxşı xəbər gözlənilir, bəlkə də bu gecə Latviyaya yanvarın 11-dən gələcək "Moderna" vaksini qeydə alınacaq".

Qeyd edək ki, Latviyada koronavirusa ilk yoluxma halı ötən ilin mart ayının 2-si qeydə alınmışdı. Hazırkı dövrədək ölkədə 43 118 yoluxma halı aşkarlanıb, onlardan 692 nəfər ölüb, 1 213 nəfərin isə müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə