Braziliyada koronavirusun Böyük Britaniya ştammına iki yoluxma halı qeydə alınıb

Braziliyada koronavirusun Böyük Britaniya ştammına iki yoluxma halı qeydə alınıb

Braziliyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına iki yoluxma halı qeydə alınıb.

SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yeni ştamma yoluxanlar Böyük Britaniyadan gəlmiş insanlarla təmasda olan 25 yaşlı qadın və onun 34 yaşlı tanışıdır.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə