Boliviyanın Xarici İşlər naziri koronavirusa yoluxub

Boliviyanın Xarici İşlər naziri koronavirusa yoluxub
Boliviyanın Xarici İşlər naziri Roxelio Mayta koronavirusa yoluxub. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir: "XİN xəbər verir ki, nazir Roxelio Mayta koronavirus testindən keçib. Onun testinin nəticəsi müsbət olub". Qeyd edilir ki, hazırda nazirin vəziyyəti stabildir: "Biotəhlükəsizlik protokollarına əsasən nazir təcrid olunub və həkimlərin nəzarəti altındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə