THY-na məxsus təyyarə quş sürüsü ilə toqquşaraq nasaz vəziyyətdə təcili eniş edib - FOTO

THY-na məxsus təyyarə quş sürüsü ilə toqquşaraq nasaz vəziyyətdə təcili eniş edib - FOTO
Türk Hava Yollarının (THY) "Boeing 777" tipli yük təyyarəsi "Atatürk" hava limanından havaya qalxdıqdan sonra qısa zamanda təcili eniş edib. SİA-nın məlumatına görə, buna yük təyyarəsinin quş sürüsü ilə qarşılaşması nəticəsində nasazlıq yaranması səbəb olub. THY hadisənin İstanbul-Almatı reysi üçün hərəkətdə olan təyyarədə baş verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə