Robert Qeyts:“Pakistanla sıx əməkdaşlıq etməyə davam etmək lazımdır\"

Robert Qeyts:“Pakistanla sıx əməkdaşlıq etməyə davam etmək lazımdır\"

ABŞ Pakistanla əməkdaşlığa davam etdirməlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib. Onun sözlərinə görə, iki dövlət arasında yarana soyuq münasibətlər aradan qalxmalıdır: "Pakistanla sıx əməkdaşlıq etməyə davam etmək lazımdır. Fikrimcə Usamə bin Ladenin məhv edilməsi üzrə Abbotabaddakı əməliyyatla bağlı söz-söhbətlərə son qoymaq lazımdır", - deyə bəyan edib. SİA"ABC News" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-ın admiralı Maykl Mallen bəyan edib ki, Pakistan hakimiyyəti və xüsusi xidmət orqanları "Əl-Qaidə" liderini gizlətməkdə şübhəli bilinir. Mallenin fikrincə Pakistanın Abbotabad şəhərində keçirilmiş reydin detalları haqqında məlumat Pakistan-ABŞ münasibətlərini zərbə altına qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə