Türkiyə təhlükəsizlik qüvvələri Şırnak vilayətinin Qabar dağ bölgəsində 5 PKK terrorçusunu zərərsizləşdirilib. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu "Twitter" hesabında yazıb.
Nazir terrorçuların silah və sursatlarının da məhv edildiyini bildirib.
"2021-ci ildə qəhrəmanlarımız Qabar dağından ilk xəbəri verdilər. Mağarada 5 terrorçu silah-sursatları ilə birlikdə zərərsizləşdirildi. Allah övladlarımızı qorusun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB