Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib. SİA-nın verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib. Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb.
Karantin rejimində 386, stasionar nəzarətdə 4 209 nəfər saxlanılır. 840 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB