Nigerdə naməlum silahlı şəxslər Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə hücum edərək 58 nəfəri qətlə yetiriblər. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar kənd sakinlərini onları dəstəkləmələyə məcbur edirlər. Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib.
Hücum ölkədə keçirilən prezident seçkilərinin ilk turunun nəticələri elan olunduğu gün törədilib.
Qeyd edək ki, seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri olmuş 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Seçkilərin ikinci turu fevral ayında keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB