Kanadada helikopter qəzası nəticəsində 4 nəfər həlak olub

Kanadada helikopter qəzası nəticəsində 4 nəfər həlak olub

Kanadanın Alberta əyalətində helikopter qəzaya uğrayıb.

SİA-nın "CTV" telekanalına istinadən verdiyi məlumata görə, "Robinson R44" modelli vertolyot Qrand-Preri şəhərindən 100 kilometr şimal-şərqdə fermalardan birinin ərazisinə düşüb.

Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 4 nəfər həlak olub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə