Gürcüstanda ötən ilin son günündə ləğv edilən komendant saatı yenidən qüvvəyə minib

Gürcüstanda ötən ilin son günündə ləğv edilən komendant saatı yenidən qüvvəyə minib

Yeni İl bayramı ilə əlaqədar Gürcüstanda dekabrın 31-də ləğv edilən komendant saatı yenidən qüvvəyə minib.

SİA xəbər verir ki, yanvarın 1-i saat 21:00-dan səhər saat 05:00-dək komendant saatı tətbiq olunacaq. Bu müddətində istər piyadaların, istərsə də avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Qeyd edək ki, komendant saatı, həmçinin yanvarın 6-da müvəqqəti olaraq, bir günlüyünə ləğv olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə