İsraildə koronavirusa yoluxanların sayı 400 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 400 mini ötdü

İsraildə son sutkada 3 888 nəfər COVID-19-a yoluxub. SİA-nın xəbərinə görə, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Son sutkada 16 nəfər koronavirusun qurbanı olub. Bununla da İsraildə COVID-19-dan ölənlərin sayı 3 226 nəfərə, yoluxanların say isə 403 530 nəfərə yüksəlib. İndiyə qədər virusa yoluxan 364 713 pasiyent sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə