Pakistanda terror hücumu zamanı ən azı 7 təhlükəsizlik xidməti əməkdaşı həlak olub

Pakistanda terror hücumu zamanı ən azı 7 təhlükəsizlik xidməti əməkdaşı həlak olub

Pakistanın Bəlucistan vilayətində hərbiləşdirilmiş Sərhəd Korpusu postuna edilən terror hücumunda ən azı yeddi təhlükəsizlik xidməti əməkdaşı həlak olub.

SİA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkə ordusunun mətbuat xidmətinə istinadən bildirib.

Məlumata əsasən, güc strukturları əməkdaşları ilə terrorçuların toqquşması ötən gün axşam da baş verib. Gərgin atışmadan sonra hərbçilər silahlıların hücumunu dəf etməyə bacarıblar, bundan sonra ərazi mühasirəyə alınıb ​​və qaçan terrorçuları tutmaq üçün qaçış yolları bağlanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə