Ermənistanda hökumət maşınları etirazçıların üzərinə hərəkət edib VİDEO
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı toqquşma baş verib.
Erməni KİV-lərinin verdiyi məlumata görə, hökumət maşınları etirazçıların üzərinə hərəkət edib. Etirazçılar maşınlara qartopu atıb.
Aksiya zamanı saxlananların olduğu deyilir. Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alır.
Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB