Afrikada son 48 saat ərzində yeni növ koronavirusa (COVİD-19) 36 130 yoluxma halı qeydə alınıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə regional bölməsindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 542 653 nəfərə çatıb. Bildirilir ki, son 48 saatda burada 1 147 nəfər koronavirusdan ölüb.
Hazırkı dövrədək Afrikada koronavirusdan 60 176 nəfər ölüb, 2,1 milyon nəfər isə sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB