Rio-de-Janeyro əyalətində koronavirusun yeni növü aşkar edilib

Rio-de-Janeyro əyalətində koronavirusun yeni növü aşkar edilib

Braziliyanın Rio-de-Janeyro əyalətində koronavirusun yeni ştammı aşkar edilib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Yeni növ “ana” virusun 180 genomundan 38-də mutasiyaya uğramaqla fərqlənir.

Yeni Britaniya ştammında olduğu kimi, Rio-de-Janeyroda da aşkarlanan yeni koronavirus nümunələrinin 94 %-i S-zülalındakı E484K mutasiyasını daşıyır.

Alimlər bu növ koronavirusun iyul ayında Rio-de-Janeyroda ortaya çıxdığını, bundan sonra əyalətin 19 müxtəlif şəhərində infeksiyanın aşkarlandığını müəyyən ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə