Çexiya parlamentinin alt Palatası ölkədəki fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Çexiya parlamentinin alt Palatası ölkədəki fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Çexiya parlamentinin Deputatlar Palatası (alt palata - Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.

SİA-nın məlumatına görə, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.

Çex Respublikasında koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub,10 562 pasiyent vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə