Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 73 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 73 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 613-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 750 934 insanda (son sutkada 7237 nəfər) koronavirus aşkar olunub, daha 577 544 nəfər isə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə