Çin bu gün göyərtəsində beş peyk olan “Çançjen-8” (CZ-8) adlı ən müasir raket daşıyıcısını uğurla orbitə çıxarıb. SİA-nın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Raketin Haynan əyalətindəki Vençan kosmodromundan həyata keçirildiyi qeyd olunur. Uçuşa başladıqdan 15 dəqiqə sonra “CZ-8” 512 km yüksəklikdə heliosinxron orbitə çatıb. Orada raketdən beş peyk – bir sınaq aparatı və dörd xüsusi zond ayrılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB