COVID-19 xəstələrinin olduğu xəstəxanada yanğın - Türkiyədə

COVID-19 xəstələrinin olduğu xəstəxanada yanğın - Türkiyədə

Türkiyənin Qaziantep şəhərində COVID-19 xəstələrinin olduğu xəstəxanada yanğın 12 nəfərin ölümünə səbəb olub. SİA xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsində baş verən hadisəyə oksigen cihazından çıxan yanğın səbəb olub.

Qeyd edilir ki, yanğın nəticəsində yeddi nəfər hadisə yerində, bir nəfər başqa xəstəxanaya təxliyyə edilərkən həyatını itirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə