Avstriya hökuməti Böyük Britaniyadan olan bütün uçuşlara qadağa qoyub
Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni növünün aşkar olunması səbəbilə bir sıra Avropa ölkələri kimi Avstriya hökuməti də müvafiq tədbirlər həyata keçirir.
SİA xəbər verir ki, Federal Xarici İşlər naziri Böyük Britaniyadan olan bütün təyyarələrin Avstriya ərazisinə eniş icazəsini qadağan edib. Nazir bildirib ki, virusun daha yoluxucu variantının ölkədə yayılmasının qarşısını almaq üçün mümkün olan bütün vasitələrə əl atılacaq. Federal Səhiyyə Nazirliyi də virusun ölkəyə “idxal“ edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanıldığını elan edib.
Qeyd edək ki, Niderland Krallığı, Belçika, İtaliya və digər ölkələrin də Birləşmiş Krallıqla hava nəqliyyatını dayandıracağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB