Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kocaelinin vilayətinin Başiskele mahalında yaşayan qardaşı oğlu Əhməd Ərdoğan koronavirusdan dünyasını dəyişib.

SİA “Hürriyet”ə istinadən xəbər verir ki, Əhməd Ərdoğan koronavirus testinin müsbət nəticələnməsindən sonra bir müddət əvvəl Kocaeli Dövlət Xəstəxanasında yerləşdirilmişdi.

Reanimasiyada müalicə alan Ə.Ərdoğan tənəffüs aparatına qoşulmuşdu. Bu gecə göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq Ə.Ərdoğan orada vəfat edib.

Ə.Ərdoğanın doğma yurdu Rizenin Güneysu mahalında dəfn ediləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə