COVID-19 əleyhinə kütləvi peyvəndlənmə başlayıb İsraildə

COVID-19 əleyhinə kütləvi peyvəndlənmə başlayıb İsraildə
Bu gün səhər saatlarından İsraildə vətəndaşların koronavirus əleyhinə kütləvi peyvəndinə başlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilkin mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatriya mərkəzlərinin işçiləri, habelə ölkə vətəndaşlarına nümunə olmağa çalışan bələdiyyə və səlahiyyətli nümayəndələr peyvənd oluncaqlar. İsrail Səhiyyə Nazirliyi peyvəndin 10 tibbi xəstəxana və tibbi sığorta fondlarındakı peyvənd mərkəzlərinə çatdırılacağını bildirib. Qeyd edək ki, İsrail prezidenti Reuven Rivlin də bu gün peyvənd olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə