Böyük Britaniyanın bəzi ərazilərində dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq

Böyük Britaniyanın bəzi ərazilərində dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq

Londonda və İngiltərənin cənub-şərqində epidemiya vəziyyəti əvvəllər mövcud olmayan dördüncü səviyyəli məhdudiyyətlərin tətbiq edilməsini tələb edir.

SİA-nın məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson təcili mətbuat konfransında bildirib ki, koronavirusun yeni bir genetik variantının aşkarlanmasından sonra ölkədə COVID-19-un yayılma sürəti kəskin sürətləndi:

"Vəziyyətin ən çox təsir göstərdiyi bölgələrdə, xüsusilə üçüncü səviyyədə məhdudiyyətlərin hazırda qüvvədə olduğu Londonun bir sıra rayonlarında, İngiltərənin cənub-şərq və şərq rayonlarında tətbiq olunacaq".

Baş nazir bildirib ki, həmin ərazilərdə yeni - dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.

Əlavə edək ki, Britaniyada son sutkada 27 052 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 2 004 219 nəfərə çatıb.Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 534 nəfər isə koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 67 075 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə