ABŞ Konqresinin Senatı hökumətin maliyyələşdirilməsini iki gün uzadıb
ABŞ Konqresinin Senatı federal hökumətin müvəqqəti olaraq 20 dekabr tarixinədək maliyyələşdirilməsi üzrə qanun layihəsini təsdiq edib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl qanun layihəsini Konqresin Nümayəndələr Palatası təsdiq etmişdi.
Məlumata əsasən, yaxın saatlarda təşəbbüsü ölkə prezidenti Donald Tramp imzalamalıdır.
Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsinə dair hazırkı qanunun müddəti ABŞ vaxtı ilə dekabrın 19-u bitəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB