Gürcüstanda daha 2 635 nəfər koronavirusa yoluxub, 49 xəstə ölüb

Gürcüstanda daha 2 635 nəfər koronavirusa yoluxub,  49 xəstə ölüb

Gürcüstanda son sutkada daha 2 635 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 244 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-a 204 003 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 171 526-sı sağalıb, 2 002-si isə ölüb.

Hazırda karantin zonalarında 468, stasionar nəzarətdə 6 758 nəfər saxlanılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə