Moskva yaxınlığındakı Syan mağaralarını ziyarət edən turist qrupu ilə əlaqə kəsilib

Moskva yaxınlığındakı Syan mağaralarını ziyarət edən turist qrupu ilə əlaqə kəsilib

Moskvanın Qorki Leninskie kəndi yaxınlığında yerləşən Syan mağaralarını səhər saatlarında ziyarət edən 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə tamamilə kəsilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Təcili Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qrup təxminən saat 11-də Domodedovo şəhər dairəsindəki sözügedən mağaraya daxil olublar: “Qrupdakıların 8 nəfəri 9-12 yaş arasındadır. Təlimatçı uşaqları bir yaşlı şəxslə birlikdə mağaranı gəzməyə göndərib, özü isə çıxışda gözləyib. Saat 19:00-da mağaradan çıxmalı idilər. Onların azdığı güman edilir”.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi faktı təsdiqləyib.

Qeyd edək ki, Syan mağarası silsilə formada süni şəkildə yaradılıb. Uzunluğu təxminən 20 km-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə