İran parlamenti prezidentə qarşı ittihamların qarşısını almaq niyyətindədir

İran parlamenti prezidentə qarşı ittihamların qarşısını almaq niyyətindədir

İran Parlament Komissiyası prezident Mahmud Əhmədinejadın Konstitusiyanı pozması ilə əlaqədar ittihamlara ediləcək səsvermənin qarşısın almaq niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ittiham 12 millət vəkili tərəfindən irəli sürülüb.

Mövcud müraciət cari ilin 28 fevral tarixində komissiyaya göndərilib.

Parlamentarilər hakimiyyəti Konstitusiyanın 50 tələbini yerinə yetirməməkdə ittiham edir. Komissiyanın müraciətə baxması üçün 10 gün vaxtı var. Bu müddət ərzində komissiya öz rəyini digər komissiyaya göndərəcək. Həmin komissiya da parlamentə müraciətlə bağlı hesabat təqdim edəcək.

Qeyd edək ki, ötən ilin noyabr ayında deputatlar prezidentə inamsızlıqla bağlı məsələ qaldırmaq istəsələr də ölkənin ali lideri olan Ayətullah Əli Xomeyninin təzyiqi ilə məsələni geri götürmək məcburiyyətində qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə