Kolumbiyada 4,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 4,9 bal gücündə zəlzələ baş verib
Kolumbiyada 4,9 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Məlumata əsasən, zəlzələnin episentri Sepita şəhərindən 9.9 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151,6 kilometr dərinlikdə olub. Mümkün xəsarət alan və insan tələfatları barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə