ŞKTC-nin Prezident Administrasiyası ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar səbəbiylə alınan qərarı qınayıb. SİA xəbər verir ki, Administrasiyanın ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarlarının şərh olunduğu açıqlamasında "Türkiyə Cümhuriyyətinin S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını səbəb göstərərək ABŞ-ın 14 dekabr 2020-ci il tarixli sanksiya qərarını qınayırıq. NATO-nun ən önəmli üzvlərindən olan Türkiyəyə qarşı alınan bu qərar müttəfiqlik münasibətləri ilə uzlaşmır" - deyə qeyd olunub.
ABŞ-ın 1974-cü ildə Kiprli türkləri soyqırımdan qurtaran Sülh Əməliyyatını səbəb göstərərək sanksiya qərarı aldığı, Kipr Rum rəhbərliyinə tətbiq etdiyi silah satış sanksiyasını dayandırdığı yada salınan açıqlamada, "Türkiyə Respublikası öz müdafiəsini gücləndirmək üçün müstəqil bir ölkə kimi qərar alıb. ABŞ bu qərara hörmət etməlidir"- deyə vurğulanıb.
Açıqlamada Kipr Türk xalqının varlığının yeganə güvənc yeri olan Ana vətən Türkiyənin mövzunu dialoq və diplomatiya yolu ilə həll etmək üçün konstruktiv təkliflərini dəstəklədiklərini bildirərək, "ABŞ-ın bu yanlış qərara yenidən baxmasını gözləyirik"- deyə bildirilib.

Baş nazir Ersan Saner isə Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair qərarını "son dərəcə səhv bir addım" olaraq xarakterizə edib.
Saner Kipr adasında Türk xalqının varlığının və onun hükümətinin suverenliyinin yeganə təminatının Türkiyə olduğunu ifadə edərək, Türkiyənin sahib olduğu gücün və həyata keçirdiyi doğru siyasətin Aralıq dənizinin Şərqində və Kiprdə sülh və sabitliyin ən əhəmiyyətli parçası olduğunu qeyd edib.
"Türkiyəni özünün və bölgənin sabitliyi üçün S-400 raketlərini alıb deyə sanksiyalara məruz qoymaz qəbuledilməzdir" - deyən Saner, ABŞ-ın bir tərəfdən NATO üzvü olmayan Rumlara silah satışına icazə verməsi, digər tərəfdən NATO üzvü Türkiyəyə Patriot raketlərini satmaması, F-35 döyüş təyyarələri layihəsi çərçivəsində verilən sözü yerinə yetirməməsinin ziddiyət yaratdığını bildirib.
Sonda isə Saner "Amerika Birləşmiş Ştatları bir an əvvəl bu səhvdən dönməli və Türkiyə ilə sağlam əlaqələr inkişaf etdirməlidir" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB