Ermənistanda son sutka ərzində 1098 nəfərə COVID-19 diaqnozu qoyulub.
SİA xəbər verir ki, bununla da infeksiya daşıyıcılarının sayı 150 min 218-ə yüksəlib.
Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 27 nəfər artaraq 2556-ya çatıb.
Hazırda Ermənistanda 18 min 331 aktiv koronavirus xəstəsi var.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB