Türkiyə PUA-lardan sonra daha bir unikal silah hazırlayıb - Kəşfiyyat və Hücum

Türkiyə PUA-lardan sonra daha bir unikal silah hazırlayıb - Kəşfiyyat və Hücum

Türkiyə Milli Müdafiə Nazirliyi "ULAQ" silahlı qayıqlarını istifadəyə verib.

SİA xəbər verir ki, bu, insansız, ekipajsız qayıqlardır. Silahlı qayıqlar 11 metr gövdəyə malikdir.

Qayıq 2 tona qədər yük daşıya bilir, sürəti 65 km/saatdır və 400 km mənzillidir.

Eyni zamanda, 200 km məsafədən siqnal və xəbər ötürmək xüsusiyyətinə malikdir. Bu qayıqlardan həm kəşfiyyat, həm də hücum üçün istifadə ediləcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə