Böyük Britaniyada COVİD-19-dan ölənlərin sayı 65 min nəfərə çatır

Böyük Britaniyada COVİD-19-dan ölənlərin sayı 65 min nəfərə çatır

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 18 450 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 888 116 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 506 nəfər ölüb, ölənlərin sayı 64 908 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə