Ötən həftə ərzində dünyada yeni növ koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.

SİA-nın Ümumidünya Səhiyyə Təşkilatına (ÜST) istinadən verdiyi məlumata görə, dekabrın 7-dən 13-dək yeni koronavirus 4 329 927 nəfər yoluxub, 70 436 nəfər isə vəfat edib.

Məlumata əsasən, 1,6 milyon yoluxma və 34 min ölüm halı Avropa regionunda, 2 milyon yoluxma və 29 min ölüm halı Şimali və Cənubi Amerikada, 290 min yoluxma və 4,4 min ölüm halı isə Cənub-Şərqi Asiyada qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə