Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 235 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 235 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 235 nəfər ölüb.

SİA-nın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı 5988 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 898 447 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 661 191 nəfər sağalıb, 16 881 nəfər isə ölüb.

F.Qoca bu günkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə