Rusiyada daha 577 nəfər koronavirusdan ölüb

Rusiyada daha 577 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 26 689 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 707 945 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 577 nəfər artaraq 47 968-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 149 610 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə