Rusiyada son sutkada 450 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 450 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 27 328 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 681 256 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 450 nəfər artaraq 47 391-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 124 797 nəfər sağalıb

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə