ABŞ internetdəki prioritetlərini müəyyən edib

ABŞ internetdəki prioritetlərini müəyyən edib

ABŞ Prezidenti Barak Obama "İnternet Məkanı üzrə Beynəlxalq Strategiya"nı qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 30 səhifəlik hesabatda bildirilir ki, Amerika Birləşmiş Ştatlarının məqsədi şəffaf, etibarlı, təhlükəsiz, eləcə də ünsiyyət imkanlarını təmin edən internet-məkanın təşkil olunmasıdır. Bu məqsədin reallaşdırılması üçün bütün aidiyyəti iştirakçılarla əməkdaşlığı möhkəmləndirmək, eləcə də sözügedən məkanın təhlükəsizliyinə qəsd edənlərlə mübarizə aparmaq təklif olunur.

Sənədin müəllifləri ABŞ-ın internet-məkanın inkişafı üzrə yeddi əsas prioritetlərini müəyyən edib: iqtisadiyyat və ticarət sahəsində beynəlxalq standartların tətbiqi, o cümlədən əqli mülkiyyət hüquqlarının riayət olunmasına nəzarətin gücləndirilməsi, şəbəkələrin təhlükəsizliyinin təmin olunması, qanunvericiliyin təkmilləşdirilməsi, hərbi əməkdaşlıq, tənzimləyici strukturların yaradılması, bilik və təcrübə mübadiləsi, istifadəçilərin əsas hüquq və azadlıqlarının riayət olunmasına nəzarətin həyata keçirilməsi, o cümlədən fərdi məlumatların gizli saxlanılmasına dair hüquqların qorunması.

"İnternet Məkanı üzrə Beynəlxalq Strategiya"nın müqəddiməsinin müəllifi ABŞ Prezidenti Barak Obamadır. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları digər ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə