3 günə Böyük Britaniya İraqdan tamamilə çıxır

3 günə Böyük Britaniya İraqdan tamamilə çıxır

Sonuncu britaniyalı hərbçilər İraqın cənubunu mayın 22-də tərk edəcəklər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Liam Foks İcmalar palatasındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla da Böyük Britaniya İraqdakı hərbi kampaniyada 8 illik iştirakını sona çatdıracaq.

O, qeyd edib ki, İraqda dislokasiya olunmuş britaniyalı əsgərlər indi missiyalarını uğurla başa çatdırdıqdan sonra bu ölkəni tərk edə bilərlər: "Bu hərbi əməliyyatın sona çatması deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə