Moskvada koronavirusdan ölənlərin sayı 9,7 min nəfəri ötüb

Moskvada koronavirusdan ölənlərin sayı 9,7 min nəfəri ötüb
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9722-yə çatıb. Qeyd edək ki, Moskvada indiyədək 671 948 insanda koronavirus aşkar olunub, onlardan 6730-u son sutka ərzində bu virusun daşıyıcısına çevrilib, daha 512 969 xəstə isə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə