Yunanıstan yenə istədiyini ala bilmədi - Türkiyəyə Almaniyadan dəstək
Avropa İttifaqının Liderlər Zirvəsindən əvvəl Afinanın Türkiyəyə sanksiya tələbinə Almaniyanın etiraz etməsindən sonra Yunanıstan-Almaniya Sənaye və Ticarət Palatasının rəhbəri istefa verib. SİA xəbər verir ki, Aİ-yə üzv dövlətlərin liderlərinin zirvəsi 10-11 dekabr tarixlərində keçiriləcək.
Türkiyə ilə münasibətlərin masaya yatırılacağı zirvədən əvvəl Yunanıstan böyük məyusluqla üzləşib. Aİ-nin xarici işlər nazirlərinin zirvəsində Almaniyanın Türkiyəni dəstəkləməsinə Afinadan sərt təpki verilib.
Yunanıstan-Almaniya Sənaye və Ticarət Palatasının rəhbəri Miçalis Mailis 12 ildir tutduğu postundan istefa verdiyini açıqlayıb. Həmin qurumda 30 ildir fəaliyyət göstərən Mailisin atası palatanın qurucusu olub.
Mailis rəsmi Berlinin qərarına etitraz olaraq istefa verdiyini, Türkiyəyə silah embarqosunun tətbiq edilməsinin vacib olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB