Türkiyə yük gəmisi{ Liviyada Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib

Türkiyə yük gəmisi{ Liviyada Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib
Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib. SİA -nın yerli bürosunun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb. Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və "təlimatlara əməl etmədi"yi üçün Ras el-Hilal limanına çəkilərək orada saxlandığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə