Tramp: "ABŞ-da COVİD-19-a qarşı vaksinin istifadəsinə gələn həftə icazə veriləcək"

Tramp: "ABŞ-da COVİD-19-a qarşı vaksinin istifadəsinə gələn həftə icazə veriləcək"

ABŞ-ın yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinə gələn həftə ölkənin tənzimləyici qurumu tərəfindən icazə veriləcək və bundan sonra əhalinin vaksinasiyasına başlanılacaq.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Corciya ştatında tərəfdarlatı qarşısında çıxış edən ABŞ-ın hazırkı prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Və onlar gələn həftə başlayacaqlar. Və biz vaksinasiyaya başlayacağıq".

ABŞ prezidenti qeyd edib ki, onun administrasiyasının səyləri sayəsində ölkədə vaksinin hazırlanması prosesi inanılmaz dərəcədə sürətli olub: "Başqa administrasiyaya bunun üçün 5 il lazım olardı. Bizə bunu etmək üçün 7 ay kifayət etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə