Dünyada koronavirus qurbanlarının sayı 1,5 milyon nəfəri ötdü

Dünyada COVID-19-dan ölüm hallarının sayı 1,5 milyon nəfəri ötüb. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, həmçinin KİV və başqa açıq mənbələrlə məlumatlar toplayan Cons Hopkins Universitetinin saytı məlumat yayıb. Universitetin məlumatına görə, pandemiya ərzində koronavirusa yoluxan 1 501 076 insan ölüb. Dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 65 milyona yaxınlaşır. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə