Sandu parlamentin buraxılması tələbi ilə kütləvi aksiyaların keçiriləcəyini bəyan edib

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu dekabrın 6-da paytaxt Kişinyovda ölkə parlamentinin buraxılmasını tələb edən kütləvi etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Sandu parlamentin cümə axşamı İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) prezidentin tabeliyindən çıxarılması ilə bağlı qərar qəbul etməsindən sonra belə bir bəyanatla çıxış edib.

O, aksiyanın Böyük Millət Məclisi Meydanında keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, parlament xalqa arxa çevirirsə, istefaya göndərilməlidir: “Parlamentin iclasında qəbul edilmiş qanunsuz qərarların ləğv edilməsini tələb edəcəyik. İTX əl çantası deyil, bu, prezidentin səlahiyyətlərini yerinə yetirməsinə kömək edən bir qurumdur”.

Sandu əlavə edib ki, onun hədəfi korrupsiyaya qarşı mübarizə aparmaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə