Rusiyada son sutkada 554 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 28 145 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 375 546 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 554 nəfər artaraq 41 607-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 859 851 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə