Dünyanın ən iri 10 ticarət limanının 7-si Çindədir

Dünyada yük və konteyner dövriyyəsinə görə ilk 10 dəniz ticarət limanından 7-si Çindədir. Çinin Nəqliyyat Nazirliyi xəbər verir ki, bunlar Şanxay, Şencen, Ninbo, Quancou, Honkonq, Çindao və Tiencin şəhərlərindəki limanlardır.

Çinin biznes və maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki liman konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur.

Nazirlik 2016-2020-ci illəri əhatə edən beşillik plan çərçivəsində dəmir yolu və su nəqliyyatı ilə daşınan konteynerlərin sayının ildən-ilə 20 faiz artdığını açıqlayıb.

Bildirilir ki, beşilliyin sonunda Çində limanlara yatırılan sərmayənin 55,53 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə