Türkiyədə koronavirusla mübarizə məqsədilə tətbiq olunan peyvəndlər pulsuz olacaq - Ərdoğan

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar tətbiq olunan peyvəndlər pulsuz olacaq.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə birgə keçirilən kabinet toplantısından sonra verdiyi açıqlamasında bildirib.

Prezident deyib ki, ilk mərhələdə 50 milyonluq peyvəndin ölkəyə gətirilməsi üçün razılaşma əldə olunub.

R.T.Ərdoğan gələn aydan ilk olaraq səhiyyə işçilərinə COVID-19 əleyhinə peyvəndlərin tətbiq olunacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə