Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfərə gedib. Bu barədə Ermənistan mənbələri xəbər verir. Məlumatda qeyd olunur ki, Armen Sarkisyan Moskvaya bu gün səfər edib.

Ermənistan prezidenti Rusiyada erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. Məlumatda bildirilir ki, Sarkisyan icma üzvləri ilə Qarabağ və Ermənistandakı vəziyyəti müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə