İranda nüvə-raket alimi öldürüldü Sui-qəsd

İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub. SİA-nın məlumatına görə, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib.

Atışmada 3-4 nəfərin öldüyü bildirilir.

İranın Müdafiə Nazirliyi iranlı nüvə-raket aliminin sui-qəsd nəticəsində ağır yaralandığını və həkimlərin səylərinə baxmayaraq, xəstəxanada öldüyünü bildirib.

M.Fəxrizadə ABŞ-ın Foreign Policy nəşrinin dünyanın ən güclü 500 alimi siyahısında yer alıb.

BMT Təhlükəsizlik Şurası 2007-ci ildə İranın Müdafiə Nazirliyinin Fizika Araşdırmalar Mərkəzinin ditektoru vəzifəsində çalışan Fəxrizadəyə sanksiya tətbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə