Bin Ladenin yerinə kim gələcək?

Bin Ladenin yerinə kim gələcək?
Üsamə bin Ladenin öldürülməsindən sonra \"Əl Qaidə\" təşkilatına kimin liderlik edəcəyi mövzusu müzakirə edilirdi. SİA-nın məlumatına görə, terror təşkilatının müvəqqəti iderinin Saif Əl Adil olacağı bildirilib.

Xarici siyasətçilər isə bu liderliyin müvəqqəti olduğunu, əsl liderin Zəvahiri olacağını diqqətə çatdırıblar: \"Saif əl Adil Misirin köhnə siyasi xadimlərindən biridir. Ben Ladenin köməkçisi Ayman əl Zəvahirinin terror təşkilatına liderliyi təstiqlənənə kimi bu vəzifəni Adil idarə edəcək. Amma təbii ki, bu sadəcə təşkilatın rəhbərsiz qalmaması üçün seçilmiş müvəqqəti liderdir\".

Qeyd edək ki, \"Əl Qaidə\" təşkilatının bütün nümayəndələri Zəvahirinin lider olmasını istəyir və bunun üçün çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB